Biznesdə Dönüşümünü Başlat!

İnsanlıq var olandan, düşünməyə və mübarizə aparmağa məcbur olub. Düşünməsə tədbirli ola bilməz, tədbirli olmasa isə mübarizə apara bilməz. İnsanlığın hekayəsi belə başlayıb.


Zaman keçdikə şüurunu daha effektiv istifadə edən insan, qarşılaşdığı hadisələri və yaşadığı təcrübələri, həmçinin təbiətdə qarşılaşdığı təsadüfləri özündə dərslər çıxarmağa başladı. Çünkü zaman keçdikcə mübarizə aparması gərəkən nüanslar çoxalmış, ala biləcəyi tədbirlər limitlənmişdi.


Bu tarixi ardıcılığı kifayət qədər uzada bilərik. Amma istər qədim zamanlarda, istər günümüzdə, bir insanın əsas mübarizəsi iqtisadi mübarizə, iqtisadi azadlığıdır. Heç şübhəsiz ən varlı insanlardan, ən limitlərdə yaşayan insanın belə daimi iqtisadi çətinlikləri olur və var. Günümüzdə ən əsas xoşbextlik meyarı da, alıcılıq qabiliyyətimiz, yəni istəklərimizə görə pul xərcləyə bilməkdir.


Professional kariyeramız başladığı andan bizdən gözlənilən ən birinci faktor bizim səmərəliliyimizdir. Hal bu ki, nə qədər istedadlı olsaq da, səmərələlilik bizə bağlı olan bir nüans deyil. Bu zamanla, təcürəbələrin əsasında püxtələşən bir qabiliyyətdir.



Bəs yaxşı Biznesdə Dönüşümünü Başlat nədir?


Bildiyimiz kimi öryənmənin ilk və dəyişməyən yolu oxumaqdır. Bizi oxumaq var etdi və oxumaq da inkişaf etdirir. Oxuyaraq başqalarının təcrübələrini öyrənə və onları özümüzdə tətbiq edə bilərik. Səsləndiyi qədər sadə olsa da, sənə, xarakterinə uyğun olanı tapmaq və oxumaq isə kifayət qədər mürəkkəbdir. Bir digər nüans isə oxuduğunu konspektləşdirmək və onu həyatına tətbiq etmək ciddi mütaliyə tələb edə bilər. Biz sizin üçün bu çətinliklərin öhdəsindən gəlmək üçün xüsusi bir platforma hazırladıq. Xüsusi hazırlanmış testdən keçərək sırf sizə uyğun inkişaf planı verəcəyik.


Dörd hissədən ibarət olan anket suallarımızla sizi daha yaxından tanıyacaq, cavablarınıza görə kitablar seçəcək və bu kitabların konspektlərini hazırlayacaq və sizə bu məzmunları oxumaq üçün bir oxuma təqvimi yaradacayıq.


Bu dəyişim-dönüşüm yolu, sizə həyatınızda yeni bir səhifə açmağa və həyat keyfiyyətlərinizi artımağa bələdçi olacaq. Siz bu proqram vasitəsi iş və şəxsi həyatınızda elə bugündən dönüşümə başlayacaqsınız.

Şəxsi seçimlərinizi və bu seçimlərinizə görə sizə yaradacağımız dəyişim-dönüşüm yolu üçün aşağıdakı butona klikləyin: